» » Tramp üçün kritik gün - İmpiçmentinə səbəb ola bilər

Tramp üçün kritik gün - İmpiçmentinə səbəb ola bilər

Bölmə: Dünya
Tramp üçün kritik gün - İmpiçmentinə səbəb ola bilər
Bu gün ABŞ Federal Tədqiqatlar Bürosunun (FBİ) vəzifəsindən uzaqlaşdırılan keçmiş rəhbəri Ceyms Komi Senatda prezident Trampın taleyini həll edəcək sualları cavablandıracaq.

Xalqinfo” xəbər verir ki, Komi Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi və Tramp administrasiyasının Rusiya ilə gizli əlaqələrinə dair aparılan təhqiqata Ağ Ev rəhbərinin mane olmağa çalışıb-çalışmadığını açıqlayacaq.

Hər şeyi danışacağını bəyan edən Kominin açıqlamaları Tramp hökumətini çətin durumda qoya bilər. Belə ki, Kominin etirafları Trampın impiçmenti üçün zəmin hazırlaya bilər.

Keçmiş FBİ rəhbərinin Senatdakı çıxışından əvvəl yazılı açıqlaması mətbuatda yayılıb. Həmin açıqlamada Komi Ağ Evdə baş tutan bir toplantıda Trampın ona “Sədaqətə ehtiyacım var. Sədaqət gözləyirəm” dediyini etiraf edib. Eyni zamanda, Komi Trampın Rusiya ilə əlaqələri olduğu iddia edilən prezidentin milli təhlükəsizlik üzrə müşaviri olmuş Maykl Filinn haqqında cinayət təhqiqatının dayandırılmasını istədiyini əlavə edib.

Xatırladaq ki, Maykl Filinn Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakovla gizli telefon danışıqlarına görə istefa vermək məcburiyyətində qalmışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler