» » Türkiyədə hərbi helikopter qəzaya düşdü - 13 şəhid+ Yenilənib

Türkiyədə hərbi helikopter qəzaya düşdü - 13 şəhid+ Yenilənib

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Türkiyədə hərbi helikopter qəzaya düşdü - 13 şəhid+ Yenilənib
Türkiyənin Şırnak vilayətində hərbi helikopter qəzaya düşüb.

Xalqinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, Şırnak 23-cü Sərhəd Divizya Komandirliyindən havaya qalxan “Skorsky” tipli hərbi helikopter 3 dəqiqə sonra İraqla sərhəddə yerləşən Şenoba bölgəsində radarlardan itib.

Şırnak Valiliyinin açıqlamasında bildirilir ki, helikopter elektrik xəttinə dəyərək qəzaya uğrayıb.

Hadisənin baş verdiyi əraziyə xilasedicilər cəlb olunub.

***

“Milliyet” xəbər verir ki, hadisə Türkiyə vaxtı ilə saat 19:47-də qeydə alınıb.

Helikopterin göyərtəsində 23-cü Sərhəd Diviziya Komandirliyinin komandiri, general Aydoğan Aydın, polkovnik və podpolkovniklər də olub.

Hadisə nəticəsində şəhidlərin olduğu bildirilir.

***

“Cnnturk”un məlumatına görə, baş nazirin köməkçisi Mehmet Şimşek Tvitter hesabında insidentlə bağlı açıqlama yayıb: “Şırnakdan kədərli xəbər gəldi. Allah şəhidlərimizə rəhmət etsin, məkanları cənnət olsun”.

***

“İHA”nın xəbərinə hörə, helikopterin qəzaya düşməsi nəticəsində 13 əsgər şəhid olub

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler