» » Səudiyyə Ərəbistanı kralının böyük qardaşı vəfat edib

Səudiyyə Ərəbistanı kralının böyük qardaşı vəfat edib

Bölmə: Dünya
Səudiyyə Ərəbistanı kralının böyük qardaşı vəfat edib
Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səudun böyük qardaşı Mişal bin Əbdüləziz 91 yaşında vəfat edib.

Xalqinfo.az bu barədə APA-ya istinadla xəbər verir.

Şahzadə Mişal bin Əbdüləziz 1926-cı ildə anadan olub. O, Səudiyyə Ərəbistanının birinci kralı Əbdül Əziz Əl Saudun 14-cü oğlu olub. Ötən əsrin 40-50-ci illərində Mişal bin Əbdüləziz müdafiə nazirinin müavini, müdafiə naziri vəzifələrində çalışıb. 60-cı illərdə isə Məkkənin qubernatoru olub.

2009-cu ildən etibarən siyasətdən uzaqlaşan Mişal bin Əbdüləziz Məkkədə dəfn olunacaq.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler