» » Zakir Həsənov Səudiyyə Ərəbistanına getdi

Zakir Həsənov Səudiyyə Ərəbistanına getdi

Bölmə: Xəbər
Zakir Həsənov Səudiyyə Ərəbistanına getdi
Bu gün Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə yola düşüb.

Xalqinfo.az Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Z.Həsənov İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanı Kralı Əlahəzrət Salman bin Əbdüləziz Əl Səud, Səudiyyə Ərəbistanı Krallığı Vəliəhdinin varisi, baş nazirin müavini, müdafiə naziri şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud və digər dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.

Görüşlər zamanı iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler