Yanukoviç 45 illik arvadından boşandı - FotolarBölmə: Dünya
Ukraynanın qaçmış prezidenti Viktor Yanukoviç 45 illik həyat yoldaşı Lyudmila ilə boşanıb. Xalqinfo.az xəbər verir ki, keçmiş prezident bu haqda Almaniyanın “Der Spiegel” nəşrinə müsahibəsində deyib. Yanukoviçin sözlərinə görə, o, indi keçmiş aşpazının bacısı ilə qeyri-rəsmi nikahda yaşayır. Yanukoviçin birinci arvadı, həmçinin Ukraynanın 4-cü birinci xanımı Lyudmila Yenakiyevoda doğulub. Onun atası sement zavodunda işləyib, anası hüquqşünas olub. Viktor və Lyudmila 1969-cu ilin dekabrında Yenakiyevo metallurgiya zavodunda tanış olublar. Onlar 1971-ci ilin noyabrında evləniblər. KİV-ə daha əvvəl məlum oldu ki, Yanukoviç 39 yaşlı Lyubov Polejaya ilə Mejiqoredə yaşayır. Şahidlərin sözlərinə görə, o, Yanukoviçlə birlikdə 2014-cü il fevralın 23-də Ukraynadan Rusiyaya qaçıb. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|