» » Yanukoviçin oğlunun ölüm xəbəri təkzib edildi -

Yanukoviçin oğlunun ölüm xəbəri təkzib edildi - Rəsmi məlumat

Bölmə: Xəbər
Yanukoviçin oğlunun ölüm xəbəri təkzib edildi -
Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin kiçik oğlu Viktor (Kiçik Viktor Yanukoviç) Rusiyada faciəli şəkildə vəfat edib.

Rusiya Fövqəladə Hallar Nazirliyi Baykal gölündə Yanukoviçin oğlunun həlak olması ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.

FHN-in yaydığı məlumatda qeyd edilir ki, Baykal gölündə ölənlər arasında Yanukoviçin oğlu olmayıb:

"Baykal gölündə həlak olanlar və ya zərər çəkənlər arasında Yanukoviç soyadında biri yoxdur".



* * * *

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Ukraynanın “Левый берег” saytı şəxsi mənbələrinə istinadən xəbər yayıb.

Məlumata görə, keçmiş millət vəkili Baykal gölündə keçirilən idman yarışlarına qatılıb. Orada “Volkswagen” mikroavtobusu buzun altına yuvarlanıb. Viktordan başqa digər 5 sərnişin xilas olsa da, onun boğularaq öldüyü bildirilir.

Sürücünün kimliyi barədə heç bir məlumat verilmir.

Eyni zamanda Baykaldakı qəza İrkutsk vilayətinin Fövqəladə Hallar Nazirliyi tərəfindən də təsdiq edilib:

“Qaydalara zidd olaraq təhlükəsizlik işarələrinə əməl etməyən vətəndaşlar foto çəkdirmək üçün buzun üzərinə çıxıblar. Və maşın çatların arasından gölə düşüb. Sözügedən yerdə dərinlik 20 metr təşkil edir”.

Eks-prezident Yanukoviçin oğlanları da onun Ukraynadan qaçışından sonra Rusiyaya sığınıb orada yaşayıblar.

Qeyd edək ki, Kiçik Viktor Yanukoviç sürət həvəskarıdır və avtomobillərə olan sevgisi ilə məşhurdur. Atasının hakimiyyəti dövründə Viktor bahalı maşınlardan avtopark da yaratmışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler