» » Uşaq doğulan gün hamilə olduğunu

Uşaq doğulan gün hamilə olduğunu bildi

Bölmə: Dünya, MARAQLI, BLOK XƏBƏR
Uşaq doğulan gün hamilə olduğunu Almaniyada Klara adlı qadın hamilə olduğunu uşağı dünyaya gətirdiyi gün anlayıb.

Xalqinfo.az Musavat.com-a istinadən bildirir ki , bir şirkətdə satış meneceri olaraq çalışan qadın axsam evə gələndə qarnında bir sancı hiss edib. O sancı doğum sancısı idi və 23 yaşlı Klara Dollan o vaxta qədər hamilə olduğunu bilmirdi.

Klara birdən-birə qışqırmağa başlayıb və sancısından hamamda yerə yıxılıb. Həmin vaxt qonşusu içəri girib və qanlar içərisində olan Klaranı görüb. Klara qonşusuna “dərhal həkim çağır” dedikdən sonra qeyri-ixtiyari olaraq dərin nəfəs almağa başlayıb. Və birdən ayaqlarının arasında uşaq başı görərək şoka girib. Ardınca isə qeyri-ixtiyari uşağı dəsmala bükərək, həkimləri gözləməyə başlayıb. Anasına zəng edən gənc qız “ana, bir qızım oldu” deyə xəbər edib.

Telefonda bir müddət səssiz qalan anası “səni bu sabah gördüm və hamilə deyildin” deyib. Xəbərə görə, doğumdan 5 ay öncə 2.5 illik sevgilisindən ayrılan gənc qadının bu müddət ərzində nə ürəyi bulanıb, nə bel ağrısı, nə də hamiləliklə bağlı hansısa bir əlaməti olub. 9 ay boyunca adət günlərini keçirən qadının hamiləlikdən şübhələnməsi mümkün deyildi. 7 aylıq hamilə ikən qadın ancaq 2 kilo alıb. Tibdə bu halın adı “gizli hamiləlik”dir.




Kainat Şirin


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler