» » Bakıda hamilə qadın

Bakıda hamilə qadın oğurluq etdi

Bölmə: Xəbər
Bakıda hamilə qadın Bakıda "hamilə qadın" gənc qadının çantasından 100 manat pul oğurlayıb. Xalqinfo.az lent.az-a istinadən xəbər verir ki, yanvarın 15-də polisə müraciət edən 1992-ci il təvəllüdlü Hənifəzadə Səbinə Rafiq qızı başına gələn hadisəni nəql edib.

23 yaşlı zərərçəkən bildirib ki, yanvarın 14-də saat 21:40 radələrində Nizami küçəsində tanımadığı bir qadın ona yaxınlaşıb. 30-35 yaşlı həmin qadın S.Hənifəzadəyə hamilə olduğunu deyib və maddi kömək etməsini xahiş edib. S.Hənifəzadə də öz növbəsində çantasındakı pulqabını götürərək həmin şəxsə 1 manat verib.

Zərərçəkmiş əlavə edib ki, bir qədər irəliyə gedərək 61 saylı xətt üzrə hərəkət edən avtobusa minib və burada pulqabına baxıb. Amma məlum olub ki, pulqabından 100 manat götürülüb.

Şikayətçi pullarının məhz ona yaxınlaşan qadın tərəfindən götürüldüyünə əmin olduğunu və həmin şəxsin onun gözünü oğurlayaraq bunu etdiyini deyib.

Müraciət əsasında araşdırmalar davam etdirilir.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler