Azərbaycanda dini müxtəliflik ölkənin irs və ənənələrini tamamlayan amildir- Jewish NewsBölmə: Siyasət
![]() Müəllif yazır ki, ölkənin infrastrukturu regionda ən yaxşılarından biridir və onun əhalisi dünyada ən tolerant insanlardır ki, bu da təsadüfi deyil. Gərgin vəziyyətin formalaşdığı regionda Azərbaycan Prezidenti İlham Əliyev bütün icmaların Azərbaycan cəmiyyətində öz yerini tutmasının tərəfdarıdır. Məqalədə deyilir ki, Azərbaycan həmişə yeni ideyaların mənbəyi olub. Mürəkkəb proseslərin getdiyi regionda yerləşən Azərbaycanda bütün icmaların nümayəndələri bərabər hüquqlara malikdirlər. Ölkədə yəhudi icması mövcuddur. Bu icmanın nümayəndələri Azərbaycanda eramızın birinci əsrindən yaşayırlar və əsasən müsəlman əhalisinin əhatəsində inkişaf ediblər. Müəllif yazır ki, Azərbaycanda müsəlman sünni və şiə icmalarının, yəhudi və pravoslav icmalarının, bir sıra başqa dini ənənələrin nümayəndələri dinc yanaşı yaşayır və onlar özlərini ölkənin bir hissəsi hesab edirlər. Məqalədə bu modelin təsadüfi olmadığı deyilir. Bu, dini müxtəlifliyin istisnasız olaraq ölkənin irs və ənənələrini tamamlayan amil olduğunu hesab edən Azərbaycanın və onun xalqının seçdiyi yoldur. Müəllif yazır ki, habelə Azərbaycanla İsrail arasında əlaqələr uzun illər möhkəmlənib. 1998-ci ildə baş nazir Binyamin Netanyahunun Azərbaycana səfəri iki ölkə arasında daha sıx əlaqələrin yaranmasına səbəb oldu. Məqalədə deyilir ki, bu, baş nazirin Azərbaycanın antisemitizmin heç bir formada intişar tapmadığı tarixə malik olması barədə bəyanatında əks olunub. Nəşr yazır ki, azərbaycanlılar antisemitizmin bu müsəlman ölkəsində mövcud olmadığı ilə fəxr edirlər. Ölkə və onun rəhbərliyi hesab edir ki, Azərbaycan antisemitizmin sadəcə olaraq mövcud olmadığı şəraitin yaradılmasına nümunədir. Bu ölkədə yəhudi icmaları iki min ildən artıq bir dövrdə dinc yanaşı yaşayıblar. Müəllif yazır ki, istənilən hücum cəhdi bütün azərbaycanlılara hücum kimi qəbul edilir və burada azlıqlara münasibətdə dözümsüzlüyün və fanatizmin təzahürü sadəcə olaraq mövcud deyil. Məqalədə deyilir ki, buna baxmayaraq, ölkənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı çətinlikləri var: "Bununla yanaşı, aydındır ki, Azərbaycan regionda güc tətbiqinin köməyi ilə öz nüfuzunun genişlənməsini görmür və sakit diplomatiya mövqeyini tutur. Öz müstəqilliyini və həyat tərzini əzizləyən ölkə üçün hərbi ssenaridən istifadə variant deyil”. Məqalədə bildirilir ki, Azərbaycanla İsrailin əməkdaşlığı müxtəlif sahələrdə genişlənir və ölkə rəhbərliyi daha sıx əlaqələrin inkişafını davam etdirir. Müəllifin fikrincə, Azərbaycanla İsrail bir çox oxşarlıqlara malikdirlər: "Hər iki ölkənin zəngin irsi var. Hər iki dövlətin ərazi münaqişəsi problemi var. Azərbaycanın müsəlman və yəhudi icmaları arasında əlaqələrin möhkəmlənməsində lider olması ikitərəfli münasibətlər çərçivəsində onun əldə etdiklərinə nümunədir". /Trend/ |
XƏBƏR LENTİ
27.09.23 13:25 | “Nazir müavini və Ağsunun icra başçısı əlbir olub istirahət mərkəzimizi əlimizdən alır”-Video
21.09.23 13:30 | Paşinyan: Bundan əl çəkməyəcəm, bizə sülh lazımdır!
20.09.23 21:55 | Prezident şəhidlərimizdən danışdı
20.09.23 21:53 | Onlardan ciddi tədbir görülməsi tələb edilib - Prezident
20.09.23 05:32 | Xocavənd "meri" məhv edildi
20.09.23 05:13 | İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür etdi
19.09.23 23:41 | Ordumuzun antiterror tədbirinə İrandan reaksiya
19.09.23 23:34 | Ermənilər bu kəndlərimizdən çıxdı - SİYAHI
19.09.23 23:32 | BMT Qarabağa görə TOPLANIR
19.09.23 23:29 | İrəvanda aksiyada polis zorakılığı: yaralılar var
19.09.23 23:27 | Rusiya Ermənistana nota verdi - Təcili
19.09.23 16:41 | Azərbaycan və Türkiyənin müdafiə nazirləri TƏCİLİ DANIŞIQ APARDI
19.09.23 16:38 | Qarabağ türk yurdudur - Bahçelidən Azərbaycana DƏSTƏK
19.09.23 16:36 | İrəvanda əhali hökumət binasının önünə toplaşır – Paşinyanı...
19.09.23 16:34 | Zaxarova erməniləri ələ saldı: “Bəs deyirdiz...”
19.09.23 16:32 | “TikTok”un bağlanması rəsmən təsdiqləndi
19.09.23 16:31 | Müdafiə Nazirliyindən Xankəndi AÇIQLAMASI
19.09.23 16:29 | Qarabağda antiterror əməliyyatı başladı – RƏSMİ AÇIQLAMA
15.09.23 23:45 | Hərbçimiz bədbəxt hadisə nəticəsində həlak OLDU
15.09.23 23:42 | Ukrayna vuracağı hədəfi özü müəyyən edir, biz demirik - ABŞ
15.09.23 15:57 | Ərdoğanın 15 müşaviri istefaya göndərildi
15.09.23 15:53 | Fəridlə bağlı müsbət nəticələr əldə ediləcək – Baş prokuror
15.09.23 15:49 | İlham Əliyev bu iclasın iştirakçılarına müraciət etdi
13.09.23 23:59 | Qəzada həlak olan daha bir hərbçimiz
13.09.23 23:57 | “Bu, əvvəlki dünya nizamının sonudur” Blinken
13.09.23 23:49 | Üç hərbçimiz qəzada həlak oldu
|