Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olubBölmə: Dünya
İsrailin hərbi və siyasi xadimi Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv seçilib. “Qafqazinfo” xəbər verir ki, 1999-2001-ci illərdə İsrail hökumətinə rəhbərlik etmiş, müxtəlif illərdə ölkəsinin müdafiə naziri, daxili işlər, xarici işlər naziri və digər postlarını tutmuş Ehud Barak aprelin 27-30 Bakıya səfər edəcək. Səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etməkdir. Səfər çərçivəsində Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin I Baş Assambleyasına da qatılacaq. Ehud Barak 2013-cü ilin mayında Bakıda təşkil olunmuş I Cənubi Qafqaz Forumunda da iştirak edib. Qeyd edək ki, Ehud Barak 2005-ci ildə İsrailin Ynet xəbər agentliyinin apardığı sorğu nəticəsində dünyanın mövcud olmuş ən nüfuzlu 200 yəhudisindən biri seçilib. Ehud Barak həmçinin Fələstinlə sülh danışıqlarında Fələstinin ərazi bütövlüyünün tanınmasına cəhd edən İsrailin yeganə Baş naziri kimi də tanınır. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|