» » Dünya mətbuatından "Charlie Hebdo"ya dəstək

Dünya mətbuatından "Charlie Hebdo"ya dəstək

Bölmə: Dünya
Dünya mətbuatından "Charlie Hebdo"ya dəstəkDünyanın bir sıra qəzet və jurnalları dünən Parisdə terrorçuların hücumuna məruz qalmış "Charlie Hebdo" redaksiyasına dəstək vermək üçün qalmaqallı karikaturaları yenidən nəşr ediblər.

trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, "Business Insider", "Huffington Post", "Daily Beast" kimi nəşrlər "Charlie Hebdo"nun 2011-ci ildəki karikaturalarını dərc edib. Məhz həmin vaxt redaksiyaya ilk hücumlar qeydə alınmışdı.

Dünya KİV-ləri Parisdəki hadisəni ümumilikdə söz azadlığına hücum kimi qiymətləndirirlər. Dəstək aksiyasına qoşulanlar arasında Almaniya, Danimarka KİV-ləri, ABŞ-ın NBC, CNN, ABC və CBS telekanalları da var.

"The Telegraph" və "The New York Times" kimi nəşrlər isə ehtiyatla davranaraq yalnız satirik jurnalın üz qabığını dərc ediblər. "The New York Times", "Reuters" və "Associated Press" kimi KİV-lər karikaturaları dərc etməyiblər və bunu etik normalarla izah ediblər: "Etik normalar dini heysiyyəti təhqir etməyə yönəlmiş şəkilləri dərc etməyə imkan vermir".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler