» » Parisdə 12 nəfəri öldürənlər qardaş imiş-

Parisdə 12 nəfəri öldürənlər qardaş imiş- FOTO

Bölmə: Dünya, BLOK XƏBƏR
Parisdə 12 nəfəri öldürənlər qardaş imiş-Fransa polisi “Charlie Hebdo”nun redaksiyasına silahlı hücum edib 12 nəfəri qətlə yetirməkdə şübhəli bilinənlərin fotosunu yayıb.


qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, fotoların yayılmasında məqsəd isə şahidlərdən şübhəlilər haqda məlumat əldə etməkdir. Fransa polisi iki qardaşın Səid və Şərif Kaşinin həbsinə order verib, onların “silahlı və təhlükəli” ola biləcəyi vurğulanır. Otuz yaşlarında olan hər iki qardaş Fransa vətəndaşlarıdır. Şərif Kaşi daha əvvəl 2008-ci ildə İraq yaraqlılarına yardım etməkdə ittiham olunaraq terrorçuluq fəaaliyyətinə görə yarım il həbs edilmişdi.

Daha əvvəl isə şübhəlilərdən ən kiçiyi olan 18 yaşlı Həmid Murad polisə təslim olmuşdu. Onun milliyəti haqda isə məlumat yoxdur. Hər üç şübhəli Yəmən cihad şəbəkəsi üzvləri olduğu ehtimal edilir.

Bu gün Fransada baş verən faciə ilə bağlı matəm elan edilib.

Parisdə 12 nəfəri öldürənlər qardaş imiş-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler