Jirinovski artıq BakıdadırBölmə: BLOK XƏBƏR
Rusiya Liberal-Demokrat Partiyasinin sədri Vladimir Jirinovski artıq Bakıdadır. Diplomatik mənbələrdən virtualaz.org saytına verilən xəbərə görə, LDPR liderinin uçduğu təyyarə saat 15:00 radələrində Bakı aeroportuna enib. Hazırda Bakıda olan Rusiya Liberal-Demokrat Partiyasinin sədri Vladimir Jirinovskinin Azərbaycana səfəri zamanı keçirəcəyi görüşlər, baş çəkəcəyi məkanlar, bir sözlə, onun səfər proqramı ilə bağlı bəzi detallar bəlli olub. V.Jirinovski Milli Məclisin sədri Oqtay Əsədovla da görüşəcək. Faktı Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu da təsdiqləyib. Bundan başqa, Jirinovski Dövlət Bayraq Meydanına gedəcək, Fəxri Xiyabanı və Şəhidlər Xiyabanına, habelə rusdilli məktəblərə baş çəkəcək. Virtualaz.org saytının əldə etdiyi məlumata görə, LDPR lideri Bakıda mətbuat konfransı da keçirəcək. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|