» » Zahid Qaralov haqqında Sərəncam

Zahid Qaralov haqqında Sərəncam

Bölmə: BLOK XƏBƏR, MANŞET
Zahid Qaralov haqqında Sərəncam
Z.İ.Qaralovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

ans press-in məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda pedaqogika elminin inkişafında xidmətlərinə və respublikanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Zahid İbrahim oğlu Qaralov “Şərəf” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Qaralov Zahid İbrahim oğlu 10 iyul 1934-cü ildə Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika-riyaziyyat fakültəsini bitirib. Pedaqoji elmlər doktoru, professordur. Respublikanın əməkdar müəllimidir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunun direktoru təyin olunub. Bir neçə dərslik və dərs vəsaitinin müəllifidir.

Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədridir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler