» » Tanınmış müğənnilər əlbəyaxa oldu

Tanınmış müğənnilər əlbəyaxa oldu (VİDEO)

Bölmə: BLOK XƏBƏR
 Tanınmış müğənnilər əlbəyaxa oldu
Ötən həftə efirə gedən “Sevimli şou” verilişinin reklam fasiləsində tanınmış müğənnilər Cavad Rəcəbov və Qədir Qızılsəs (Məmmədov) əlbəyaxa olublar.

Bu barədə AzNews.az-a verilişdə tamaşaçı qismində iştirak edən şəxslərdən biri məlumat verib.

AzNews.az məsələ ilə bağlı sözügedən verilişin aparıcısı Mikayıl Güləddinoğlu ilə əlaqə saxlayıb. M. Güləddinoğlu məlumatı qismən təsdiqləyərək bildirib ki, hər şey efirdən əvvəl sənətçilərin bir-birinə salam verməməsindən başlayıb: “Qonaqlarım adətən verilişdən yarım saat gəlirlər. Ötən yox, ondan əvvəlki verilişdə gördüm ki, bunlar bir-birinə salam vermədilər. Bu məqam mənim gözümdən yayınmadı. Canlı yayımda soruşdum ki, bir birinizi tanımırsınız? Cavad Rəcəbov Qədir Qızılsəsdən soruşdu ki, mənim adımı bilmirsən? Qədir də bildirdi ki, bilirəm adın Rəcəbdir. Cavad da bundan əsəbləşdi. Cavadın da bu sualı Qədiri əsəbləşdirdi. Ardınca Rəcəbov bildirdi ki, Qədir, sən mənim mahnılarımdan bəhrələnmisən”.

Teleaparıcı bildirib ki, efirdə baş verən bu mübahisə reklam zamanı müğənnilərin bir-birinə hücum etməsiylə nəticələnib: “Reklam fasiləsində hər ikisi çox aqressiv halda ayağa qalxdılar və bir-birinə cummaq istədilər. Amma təbii ki, mən imkan vermədim. kimsə kimisə vurmadı. Lakin Çox kəskin şəkildə cavablar oldu”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler