Etiraz edən müəllimlər həbs olunduBölmə: Xəbər
![]() Naxçıvanın Sədərək rayonunda bir neçə müəllimi həbs ediblər “Xalqinfo” xəbər verir ki, bu haqda Qaynar.info-ya yerli mənbələr xəbər verib. Məlumata görə Sədərək rayonundakı məktəblərin birinə başqa rayondan olan yeni direktor təyin olunub. Direktoru kollektivə Muxtar Respublikanın təhsil naziri təqdim edib. Amma bu zaman bir gənc müəllim ayağa qalxaraq buna etiraz edib. Bu isə söz davasına çevrilib. Hadisənin aprelin ortalarında baş verdiyi bildirilir. Bundan sonra gənc müəllim saxlanılıb və barəsində 15 sutka azadlıqdan mərhumetmə qərarı çıxarılıb. Mənbə bildirir ki, bir neçə gün öncə buna etiraz edən daha 5 müəllim saxlanılıb. Onların da hər birinə 15 sutka həbs cəzası kəsilib. Sədərəkdəki mənbələr qeyd edirlər ki, bu müəllimlərlə bağlı Naxçıvan Təhsil Nazirliyinin kollegiyasında müzakirələr aparılır. Onların işdən azad edildiyi haqda da iddialar səsləndirilir. Məsələ ilə bağlı açıqlama aldığımız mənbə faktı "Axar.az"a təsdiqlədi. Mötəbər mənbə bildirdi ki, hadisə həqiqətən də 2 həftə əvvəl baş verib. Təhsil naziri direktoru təqdim edib, lakin müəllimlər etirazını bildirib. Etiraz etdiklərinə görə 2 nəfər müəllim 15 sutka müddətində həbs edilib, 5 nəfər isə işdən uzaqlaşdırılıb. Etiraza səbəb olan direktor isə həmin məktəbdə fəaliyyətini davam etdirir. |
XƏBƏR LENTİ
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
17.04.25 14:12 | Temperatur 19 dərəcəyə yüksələcək
17.04.25 14:10 | Tiflis Bakının tələb etdiyi jurnalisti azad elədi
17.04.25 12:54 | Qızılın qiyməti rekordu yenilədi
17.04.25 12:45 | Ukrayna Basayevin hərbi taktikasını tətbiq edir
17.04.25 12:24 | Ukrayna burdan vurulur - Hərbi sirr yayıldı, RİA dərhal...
|