“7 rayon Azərbaycana qaytarılmalıdır”Bölmə: BLOK XƏBƏR, MANŞET
![]() "Ümidvarıq ki, hər ki tərəfdən müsbət addımların şahidi olacağıq" “ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Karneqi Mərkəzində verdiyi bəyanat çox önəmlidir”. “Xalqinfo” Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə açıqlamasında bildirib. Diplomat deyib: "Hesab edirəm ki, bəyanatda səsləndirilən fikirlər ABŞ hökumətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətini çox doğru şəkildə əks etdirir. Bəyanatın əsas məqsədi həm Azərbaycan, həm Ermənistan tərəfini münaqişənin birdəfəlik dinc yolla həll edilməsi üçün zəruri addımlar atmağa çağırmaq, həvəsləndirməkdir". Səfir bildirib ki, burada münaqişənin nizamlanmasına nail olmaq üçün gərəkli olan 6 prinsip öz əksini tapıb: "Səfir Ceyms Uorlik çox aydın şəkildə bəyan edib ki, Dağlıq Qarabağ ətrafında işğal altında olan 7 rayon Azərbaycana qaytarılmalıdır". Onun sözlərinə görə, həmsədr ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi və güc tətbiq etməmə prinsipləri əsasında Dağlıq Qarabağın yekun statusunun müəyyən olunmasının vacibliyini vurğulayıb. R.Morninqstar qeyd edib ki, danışıqların artıq 20 ilə qədər davam etməsi məyusedicidir: "Ümidvarıq ki, hər ki tərəfdən müsbət addımların şahidi olacağıq". Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda Karneqi Mərkəzində "Dağlıq Qarabağ: həll yolları" adlı məruzə ilə çıxış edərkən qeyd edib ki, istənilən sülh sazişinin əsasında aşağıdakı altı element durmalıdır: 1. Dağlıq Qarabağın aralıq statusu müvəqqəti xarakter daşımalıdır. Tərəflər gələcəkdə uyğunlaşdırılmış və öz iradəsini hüquqi baxımdan ifadə etmək vasitəsi ilə bölgənin yekun hüquqi statusunu müəyyən etməkdə tam qətiyyətli olmalıdırlar. 2. Bakı tərəfindən hazırda nəzarət edilməyən keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin sərhədləri çərçivəsində ərazilərə ən azı təhlükəsizliyi və özünü idarəetməni təmin edən aralıq statusu verilməlidir. 3. Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilər Azərbaycanın yurisdiksiyasına qayıtmalıdır və bu rayonlar üzərində Azərbaycanın müstəqilliyi bərpa olunmalıdır. Bu ərazidə Azərbaycanın suverenliyini pozan heç bir yaşayış məntəqəsi olmamalıdır. 4. Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizi saxlamaq lazımdır. O, təhlükəsiz keçidi təmin etmək üçün kifayət qədər geniş olmalıdır, lakin bütün Laçın rayonunu əhatə etməməlidir. 5. Uzunmüddətli sülh müqaviləsi bütün qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu etiraf etməlidir. 6. Sülh sazişi beynəlxalq təhlükəsizlik zəmanətini təmin etməlidir, o cümlədən sülhməramlı fəaliyyət daxil olmaqla mənsub olduğu bütün tərəflər arasında etimad olmalıdır. |
XƏBƏR LENTİ
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
17.04.25 14:12 | Temperatur 19 dərəcəyə yüksələcək
17.04.25 14:10 | Tiflis Bakının tələb etdiyi jurnalisti azad elədi
17.04.25 12:54 | Qızılın qiyməti rekordu yenilədi
17.04.25 12:45 | Ukrayna Basayevin hərbi taktikasını tətbiq edir
17.04.25 12:24 | Ukrayna burdan vurulur - Hərbi sirr yayıldı, RİA dərhal...
|