» » Elman Rüstəmov yenə sədr oldu

Elman Rüstəmov yenə sədr oldu

Bölmə: BLOK XƏBƏR
Elman Rüstəmov yenə sədr oldu
Bu gün Milli Məclisin plenar iclasında Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin təyin edilməsi haqqında məsələyə baxılıb.

ans press-in məlumatına görə, plenar iclasda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun və onun müavini Xaqani Abdullayevin Mərkəzi Bankı İdarə Heyətinə üzvlüyü təsdiq edilib.

Spiker Oqtay Əsədov Elman Rüstəmovu və Xaqani Abdullayevi təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov artıq dördüncü beşillikdir ki, bu strateji dövlət qurumuna rəhbərik edir. Elman Rüstəmov ilk dəfə 1995-ci ilin yanvarında Milli Bankın (Mərkəzi Bankın) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Daha sonra o, 2000 və 2005-ci illərdə yenidən 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib.

Sonuncu təyinat 2010-cu ilin aprelində baş tutub. 2010-cu il aprelin 6-da prezident İlham Əliyevin sərəncamı ilə Elman Rüstəmov daha 5 illiyə Mərkəzi Bankın İdarə Heyətinin sədri təyin edilib.

İqtisadiyyat elmləri üzrə doktor E.Rüstəmov 2012-cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler