12 yaşlı İŞİD-çinin kimliyi haqda şok detallarBölmə: BLOK XƏBƏR, MANŞET
Bir neçə gün əvvəl İsrailə casusluq iddiası ilə edam həyata keçirən az yaşlı cəlladın kimliyi barədə bəzi detallar üzə çıxıb. ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşması ötən günlərdə 19 yaşlı Məhəmməd Səid İsmayıl Musallanı İsrailə casusluq etməkdə ittiham edərək, 12 yaşlı uşaq tərəfindən öldürtmüşdü. 12 yaşlı İŞİD cəlladı isə əlindəki silahla İsrail vətəndaşının başına atəş açaraq ona verilən tapşırığı yerinə yetirmişdi. Edam videosunun yayılmasından sonra Fransada onu izləyən sinif yoldaşları tanıyıblar. Etdiyi hərəkəti gördükdə isə şoka düşüblər. Bu səbəblə videonu izləyən uşaqlara psixoloji dəstək göstərilib. “La Depeche” yazdığı məqalələrin birində İŞİD-ə qoşulan bu uşağın ötən ilin mart ayına qədər Fransanın cənubunda yerləşən Tuluza şəhərindəki bir məktəbdə təhsil aldığı bildirilir. Uşağı tanıyan sinif yoldaşları, onların ailələri onu utancaq və sakit bir uşaq kimi tanıdıqlarını deyiblər. Onda radikal dindarlıq meyilinin ögey atasının təsiri ilə baş verəcəyi güman edilir. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|