» » İŞİD-in aşpazı tutuldu

İŞİD-in aşpazı tutuldu

Bölmə: Xəbər
İŞİD-in aşpazı tutuldu
Türkiyədə İŞİD terror qruplaşması ilə əlaqəsi olmaqda şübhəli bilinən ilk şəxs həbs edilib.

ans press-in məlumatına görə, “Radikal” internet qəzetinin yazdığına görə Ankaradan olan Musa Göktaş ötən ilin oktyabrında 15 yaşlı əkiz oğlanları ilə cihadçılara qoşulmaq məqsədilə Suriya sərhədini keçib.

Göktaş geri qayıdarkən avtobus yoxlaması zamanı Qazıantepdə həbs olunub.

“Radikal” yazır ki, Göktaş Türkiyəyə qayıdıb evini satmaq və borclarını qaytarmaq niyyətində imiş.

Xəbər verilir ki, 38 yaşlı ata iki oğlu ilə İŞİD üçün ayı 90 dollar maaşa aşpazlıq edirmiş.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə Suriyada İŞİD sıralarında 700-dək Türkiyə vətəndaşının olduğu təxmin edilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler