DataLife Engine > Xəbər > Maşınını separatçılara bağışladı –

Maşınını separatçılara bağışladı –


7-05-2014, 11:34. Yerləşdirdi: Tural Maşınını separatçılara bağışladı –
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski qəribə təkliflə çıxış edib. “Axar.az” xəbər verir ki, Jirinovski bu gün jurnalistləri başına yığıb və qarajındakı Rusiya istehsalı olan "Tiqr" tipli hərbi maşınını nümayiş etdirib. Qeyd edək ki, hərbi maşının texniki üstünlüyündən ətraflı məlumat verən Jirinovski sözgedən texnikanı Ukraynadakı "sülhsevər" qüvvələrə hədiyyə etdiyini dilə gətirib. Onun sözlərinə görə, bu arsenal indi - hadisələrin bu çağında Ukrayna yollarında hərəkət etməyə lazımdır. Ənənəsinə sadiq qalan qalmaqallı siyasətçi bu dəfə də rəsmi Kiyevi və Qərbi top atəşinə tutub. Jirinovski həm də əynindəki hərbi forma ilə diqqət çəkib. Dumanın vitse-spikeri müharibəyə hazırlaşdığını gizlətməyib.

Geri qayıt