» » İntiqam Əliyevin işi məhkəməyə

İntiqam Əliyevin işi məhkəməyə göndərildi

Bölmə: Xəbər
İntiqam Əliyevin işi məhkəməyə İntiqam Əliyevin cinayət işinin istintaqı yekunlaşıb
Həbsdə olan vəkil İntiqam Əliyevin barəsində olan cinayət işi üzrə materiallar məhkəməyə göndərilib.

Bu barədə APA-ya məlumat verən vəkil Fəxrəddin Mehdiyev bildirib ki, cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb, iş üzrə ittiham aktı Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İttiham aktı yaxın günlərdə icraata veriləcək.

İ. Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) , 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler