» » Kimlər Rusiyada hərbi xidmət keçə bilməzlər?

Kimlər Rusiyada hərbi xidmət keçə bilməzlər?

Bölmə: Xəbər, Dünya
Kimlər Rusiyada hərbi xidmət keçə bilməzlər?Rusiya prezidenti Vladimir Putin Silahlı qüvvələrdə hərbi xidmət keçən xarici vətəndaşlarla bağlı fərman imzalayıb.

AzVision.az-ın məlumatına görə, fərman müqavilə əsasında Rusiya Ordusundakı xarici vətəndaşların hərbi xidmət keçməsi vəziyyətini müəyyən edir.

Fərmana əsasən, haqqında ittiham hökmü çıxardılmış, dindirmə və ya ilkin istintaq aparılan, cinayət işi məhkəməyə verilmiş, azadlıqdan məhrum edilmiş xarici vətəndaşlara müqavilə bağlayaraq hərbi xidmət keçmək qadağan edilir.

Xarici vətəndaş olan hərbi qulluqçular hərbi xidməti dünyada qəbul edilmiş prinsiplərə və beynəlxalq hüququn normalarına, Rusiya Federasiyasının beynəlxalq müqavilələrinə və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq münaqişələr şəraitində məsələlərin icrasında iştirak edəcəklər.

Vladimir Putininin digər bir fərmanı isə Krımda və Sevastopolda yaşayan Rusiya Federasiyası vətəndaşlarına da şamil eidlir. Belə ki, Putinin qərarına görə, RF vətəndaşlarının Ukraynada hərbi xidmət keçməsi haqqında sənədləri tanınacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler