Dəhşət: İŞİD-də qadınların satış qiymətiÜzərində hicri təqvimə görə 14 Zilhəcc 1435 (16 oktyabr 2014) tarixi olan sənəddə bazarda hər yaşdan qadının olduğu, yaşı böyük qadınların ucuz, yaşı kiçiklərin isə daha baha qiymətə satıldığı bildirilir. "Alış-verişi qəbul etməyənlər öldürüləcək” İŞİD-in yalnız rəhbərlik səviyyəsində əmrlərinə göndərdiyi bildirilən qənimət satış qiymətləri aktında, "Bismillahir-rəhmanir-rəhim. Bizə bir xəbər gəldi. Qadınları və qənimətləri satmaq üçün bir bazar var. Bu bazarda qiymətlər hazırda çox düşüb. Qiymətlərin düşməsi İslam iqtisadiyyatı düşdüyü üçündür. Bu mübadiləni qəbul etməyənlər öldürüləcəkdir” ifadələri yer alıb. Sənəddə qənimət satışındakı geriləmənin ardından İŞİD gəlirlərinin və mücahidlərin maliyyələşdirmənin qarşılanması səbəbindən qənimətlərin satıldığı bazarlara nəzarət qoyulmasının vacibliyi qeyd edilib. 1-9 yaşlı qızlar 200 min dinar Sənədin alt hissəsindəki qiymət siyahısında satılacaq qadınların hamısının yanında şeytana tapınan və ya xristian qadınlar ifadələri yer alır. Siyahıya görə, 30- 40 yaş arasındakı bir qadının 75 min dinara satılacağı qeyd olunub. Siyahıda 20-30 yaş arasındakı qadının 100 min dinar, 10-20 yaş arasında qadının 150 min dinar, 40-50 yaşında olan qadınların 50 min dinara satılacağı qeyd edilib. Siyahının ən aşağında isə 1-9 yaş aralığında olan qızların 200 min dinara satılacağı göstərişi verilib. Türklər və suriyayılar istrədikləri qədər qadın ala bilər Sənədin ən alt hissəsindəki açıqlamada isə bir adamın ən çox 3 qadın ala biləcəyi bildirilir. Şərh hissəsində yalnız türklər və suriyalıların istədiyi qədər qadın satın ala biləcəyi ifadələri yer alıb. İraqda olan təhlükəsizlik qüvvələri İŞİD-in Mosulda böyük bir iqtisadi böhran yaratdığını və təşkilatın bu böhrandan xilas olmaq üçün yollar aradığını bildirib. Mütəxəssislər ələ keçirilən sənədin təşkilatın qul bazarlarında satışı tənzimləmək üçün yazmış olduğunu qeyd ediblər. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|