» » Düşmən Həsən Həsənovla Ramil Səfərovdan

Düşmən Həsən Həsənovla Ramil Səfərovdan yazdılar

Bölmə: Xəbər, Dünya
Düşmən  Həsən Həsənovla Ramil SəfərovdanErmənilər hələ də ONDAN əl çəkmir… Cansız bədəni artıq ikinci dəfə torpağa tapşırılmış Həsən Həsənov xofu düşməni rahat buraxmır. Hələ də Həsən və ailəsinə, yaxınlarına həsr olunmuş silsilə, “faktlarla” bəzədilmiş yazılar tirajlayırlar. Hər vəchlə onun xüsusi xidmət orqanı əməkdaşı olduğunu “sübut etməyə” çalışırlar. Amma əbəs yerə!
Əvvəla əbəs ona görə ki, xüsusi xidmət orqanın əməkdaşı deyək ki, özünü düşünmür, bəs ailəsi haqqında sosial şəbəkələrdə bu qədər paylaşım edərdimi?! Getdiyi, olduğu yerləri, övladları barədə açıq-aşkar məlumatlar yayardımı?!
Əvvəlcə Həsən Həsənovun yaşadığı ömür yoluna nəzər salaq.
Böyük ailənin üzvü olan Həsən Həsənov 7 qardaş, 2 bacının arasında 8-ci övlad idi. Hələ Sovetlər dönəmində atası Fərman kişi Cəbrayıl elektrik şəbəkəsində növbətçi dispetçer, anası Gilas xanım isə kolxozçu olub.
Həsən Cəbrayıl rayonu Mehdili kənd orta məktəbinin 10 illik bazasında 7-ci sinfini bitirdikdən sonra 1992-ci ildə Naxçıvanski adına hərbi məktəbdə təhsil alıb.
1997-ci ildə Həsən Həsənov Bakı Ali Birləşmiş Komandirlər məktəbinə daxil olub. Həmin il Həsənovlar ailəsi üçün çətin dövr idi. Maddi çətinlik ucbatından Həsən heç 3 ay oxumamış təhsilini yarımçıq qoymaq məcburiyyətində qalır, elə həmin ildə Türkiyəyə işləməyə gedir. Orda dəri işləri sexində çalışır. 3 ildən sonra (2000-ci ildə) Azərbaycana qayıdır, ailə qurur və həyat yoldaşı ilə birlikdə yenidən Türkiyəyə qayıdır.
Beləcə mütəmadi olaraq Türkiyəyə gedib-gəlir. Həsənin ilk övladı məhz Türkiyədə doğulduğuna görə uşağa Özləm adını verirlər.
2002-ci ildə Həsən Həsənov yenidən vətənə gəlir. Bundan sonra Bakıətrafı ərazidə torpaq alıb özünə ev tikdirir, taksi fəaliyyəti ilə məşğul olmağa başlayır. 2009-cu ildə öz yaşadığı evin həyətində dükan açaraq kiçik bizneslə məşğul olur, 2010-cu ildə turizm şirkətlərinin birində, 2012-ci ildən isə “ÇTS-Aqro” MMC-də sürücü olaraq çalışır. Və Kəlbəcərə gedib girov düşənə qədər həmin MMC-də Vahid Hüseynovun sürücüsü olur…
Sonuncu gedişdən sonra Həsən bir daha Bakıya qayıda bilmir…
Vətən həsrətiylə getdiyi torpaqda da son nəfəsini verir. Yaxın ətrafı onu əsl vətənpərvər kimi xatırlayır. Və əksəriyyət də bu fikirdədir ki, məhz Həsənin vətənpərvər ruhu ermənilərə onu xüsusi xidmət orqanı əməkdaşı kimi təqdim etməyə əsas verib.
Bu gün ermənilər internet saytlardan, sosial şəbəkələrədən materiallar toplayıb onu “diversant” kimi təqdim edirlər.
Bütün bunlardan narahat olan qardaşı Nail Həsənov deyir ki, “Həsən vətənini sevən, doğulub-böyüdüyü Cəbrayılın erməni tapdağı altında qalmasıyla barışmayan oğlan idi. Bunu hər bir vətənpərvər insan edir”.
Qayıdaq ermənilərin Həsəni xüsusi xidmət orqanı əməkdaşı kimi təqdim etmələrinə rəvac verən məsələyə. İş orasındadır ki, noyabr ayının 28-də erməni haker Həsənə aid şifrəni sındıraraq onun “Odnoklassik” və “Facebook” sosial şəbəkələrindəki profilinə daxil olub. Və Həsənin dostları ilə olan bütün yazışmalarını, paylaşdığı bütün şəkilləri ələ keçirib. Bundan sonra isə erməni müdafiə naziri Seyran Ohanyan mətbuat konfranslarının birində girovlar barədə çıxış edərkən Azərbaycan tərəfdən əsaslı məxfi materiallar topladıqlarını açıqlayıb. Sən demə erməni nazir məhz sosial şəbəkələrdən götürülən şəkil və yazışmaları nəzərdə tuturmuş.
Qardaşı Nail Həsənov da bu iddiadadır ki, Həsənin profilini ermənilər sındırıb. Çünki dostluğunda olanlar deyirlər ki, Həsən sonuncu dəfə məhz noyabrın 28-də “Odnoklassik”də “olub”. Hansı ki, həmin vaxt Həsən artıq öldürülmüşdü.
Qeyd edək ki, ermənilər Həsən Həsənova həsr etdikləri 3 silsilə yazıda onun “Naxçıvanski”də oxumasını və professional hərbçi olduğunu önə çəkir. Eyni zamanda Ramil Səfərovun Azərbaycana qaytarılmasından sonra Şəhidlər xiyabanındakı yürüşdə iştirakı xüsusi vurğulanır. Hansı ki, Həsən Ramil Səfərovu həyatında kənardan görüb. Heç vaxt onunla yaxın münasibətlərdə olmayıb.
Ümumilişdirilmiş şəkildə deyə bilərik ki, bu yazılar erməni azğınlığıın növbəti bariz nümunəsidir. Olmayan yerdən “fakt” düzəltməklə dünya ictimaiyyətinin diqqətini əsas hədəfdən yaynındırmaqdan başqa bir şey deyil!
Ermənilərin Həsən Həsənov və Ramil Səfərovla bağlı sonuncu yazıları aşağıdakı linklərdə yerləşdirilib.
http://hetq.am/arm/news/57905/diversanti-dimankarhasan-hasanov-3.html/
http://hetq.am/arm/news/57820/diversanti-dimagits-hasan-hasanov-1.html
http://hetq.am/arm/news/57874/diversanti-dimankar-hasan-hasanov-2.html/
Mənbə
Avrasiya.net

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler