» » İordaniya Türkiyədən

İordaniya Türkiyədən yardım istədi

Bölmə: Xəbər, Dünya
İŞİD terrorçularının əsir götürdüyü iordaniyalı pilotun azad edilməsi üçün Türkiyədən yardım istənildi
İordaniya Türkiyədən
Xalqinfo.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, İordaniya hökuməti Türkiyədən İŞİD terrorçuları tərəfindən əsir götürülən pilotunun azad edilməsi üçün yardım istəyib. İordaniya krallığı bu müraciəti Türkiyənin Əmmanda yerləşən səfirliyinə təqdim edib. Türkiyə xarici işlər nazirliyi və Milli təhlükəsizlik orqanları öz növbəsində hadisənin araşdırıldığını bildirib.
Qeyd edək ki, iordaniyalı pilotun idarə etdiyi qırıcı İŞİD -ə qarşı təşkil edilən koalisiyanın tərkibində terrorçulara zərbələr endirib. Növbəti əməiyyat zamanı dekabrın 24-də Suriyanın Rəqqa şəhərində İŞİD mövqelərinə zərbələr endirərkən İordaniyaya məxsus təyyarə İŞİD terrorçuları tərəfindən vurulub. Pilot katapultdan istifadə edərək sağ qalsada İŞİD terrorçularına əsir düşüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler