» » Şantaj etmək istədilər,özləri oldular

Şantaj etmək istədilər,özləri oldular

Bölmə: Xəbər, Kriminal
Qadını şantaj edən şəxslərin əslində polis olmadıqları məlum olub

Şantaj etmək istədilər,özləri oldular


Dekabrın 23-də Bakının Yasamal rayonunun Z.Əhmədbəyov küçəsində özlərini polis əməkdaşı kimi təqdim etmiş 3 nəfər naməlum şəxs Bakı şəhər sakini Balacaxanım Qafarovaya fahişəliklə məşğul olduğunu bildirib polisə aparacaqları ilə hədə-qorxu gəliblər.

Xalqinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib. Həmin şəxslər ondan 80 manat alıblar.

Qadının şikayəti əsasında həmin şəxslər tutulublar. Əməliyyat Yasamal rayon Polis İdarəsi 27-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Əlihüseyn İmanov, Abdulla Fətullayev və Veysəl Şükürov tutulublar.

Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler