» » Şantaj edilərk cinsi əlaqəyə

Şantaj edilərk cinsi əlaqəyə məruz qaldı

Bölmə: Xəbər, Kriminal
Şantaj edilərk  cinsi əlaqəyə

Bakıda seksual xarakterli zorakılığa məruz qalmış 23 yaşlı qadın polisə müraciət edib. 1991-ci il təvəllüdlü Kübra Mehbalıyeva (ad və soyad şərtidir) tanışı tərəfindən şantaj edilir.

Xalqinfo.az bildirir ki, Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 8-ci Polis Bölməsinə müraciət edən tanışı tərəfindən şantaj olunur. Qadın qeyd edib ki, 40-45 yaşı olan tanışı Fəhmin adlı şəxs onu hədələyərək bildirib ki, həyat yoldaşına onun əxlaqsızlıqla məşğul olmasını deyəcək.

Həmin şəxs K.Mehbalıyevanı Buxta küçəsində kirayədə yaşadığı mənzilə dəvət edib və onu yuxarıda qeyd edilən məzmunda hədələyərək cinsi əlaqəyə təhrik edib.

Qadın əlavə edib ki, Fəhmin adlı şəxslə əvvəlcədən tanışlığı olub və həmin şəxs onun özəl həyatına bələddir. 23 yaşlı qadın polisdən xahiş edib ki, onu Fəhminin şantajlarından qorusunlar.

Müraciət əsasında araşdırmalar davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler