Deputatdan ibrətamiz hərəkərTürkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edən CHP-li millət vəkillərindən biri hökumətə maraqlı şəkildə etiraz edib. Xaqkqinfo.az virtualaz.org-a istinadən xəbər verir ki, Hurşit Günəş tribunaya tərəzi ilə çıxıb. Türkiyə hökumətini sərt şəkildə tənqid edən müxalifətçi deputat dövlətin büdcə hesabatına münasibət bildirərkən deyib: “Ədalət tərəzi ilə göstərilər. Tərəzidə də tarazlıq olmalıdır. Bu iqtidarın nəinki tərəzisi, qibləsi də əyilib. Bu tərəzinin bir gözünə minimum əmək haqqını, sosial yardımları, pensiyaları, bir də işsizlik sığortasını qoyuram. Tərəzinin digər tərəfinə isə faizi, AK sarayı, bir də Rza Zərrabın qızıllarını qoyuram. Tarazlıq oldumu?”. “Tərəzinin əsli Quranda, Ənbiya surəsinin 47-ci ayəsində təsvir edilib” deyən H.Günəş fikrini belə tamamlayıb: “O da qarşınıza çıxacaq, heç təəccüblənməyin. Axirətdə də tarazlıq axtarılacaq”. Sonda millət vəkili azərbaycanlı iş adamı Rza Zərrabın “qızılları” adı ilə gətirdiyi şokoladı millət vəkillərinə paylayıb. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|