Sürücü Burun sındırdı

Bölmə: Xəbər, Kriminal

Gecə Bakının Yasamal rayonu ərazisində taksi sürücüsü nəqliyyat departamentinin əməkdaşını döyüb. Hadisə metronun 20 yanvar stansiyasının yaxınlığında Sumqayıt şəhərinə işləyən taksilərin dayandığı yerdə baş verib.

Bakı sərnişin və yük daşıma departamentinin əməkdaşı 27 yaşlı Mirsadıq Həmidov xidməti vəzifəsini yerinə yetirərkən 50 CK 149 dövlət nömrə nişanlı “Opel” markalı nəqliyyat vasitəsini idarə edən taksi sürücüsü Vüsal adlı şəxs tərəfindən döyülüb. Taksi sürücüsü nəqliyyat işçisini döydükdən sonra hadisə yerindən uzaqlaşaraq məsuliyyətdən qaçıb.

Hadisə zamanı ayağı və burnu sınan Mirsadıq Həmidov isə təcili tibbi yardım maşını ilə 1 saylı kliniki tibbi mərkəzə çatdırılıb.

Yaralıya xəstəxanada yardım edildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə barədə aidiyyatı üzrə Yasamal rayon polis idarəsinin 29-cu polis bölməsinə məlumat verilib. Zərərçəkən Mirsadıq Həmidovun izahatı alınıb. Polis nəqliyyat nəqliyyat işçisini döyən taksi sürücüsünün axtarışına başlayıb.

Faktla bağlı araşdırmalar başa çatdıqdan sonra hadisəyə hüquqi qiymət veriləcək.


Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler