» » ""Mənim üçün əlamətdar məqam odur ki,.. " -

""Mənim üçün əlamətdar məqam odur ki,.. " - Firəngiz Əlizadə

Bölmə: Xəbər
""Mənim üçün əlamətdar məqam odur ki,.. " -
Beynəlxalq "Grammy" mükafatına "Klassik musiqi" nominasiyasında namizədlərin adları açıqlanıb.

XALQİNFO.AZ-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, nominasiyada üç namizəddən biri dünya şöhrətli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadədir. Məlumata görə, digər bəstəkarlar sırasında amerikalı Lera Auerbax və Meçislav Vaynberq də var.

Firəngiz Əlizadənin sözlərinə görə, o, artıq 2015-ci il fevralın 8-də keçiriləcək təqdimat mərasiminə dəvət alıb:

"Mənim üçün əlamətdar məqam odur ki, bu ali mükafata məşhur amerikalı skripkaçı, meqa-star Hillari Hanın "Deutsche Grammofon"da işıq üzü görən, musiqilərimdən ibarət alboma görə namizəd göstərilmişəm".

Qeyd edək ki, Beynəlxalq "Grammy" mükafatı musiqi sahəsində dünyanın ən məşhur mükafatı sayılır və "Oskar"ın musiqi variantı hesab edilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler