» » İki qardaşı bıçaqlayanın məhkəməsi başladı

İki qardaşı bıçaqlayanın məhkəməsi başladı

Bölmə: Xəbər
İki qardaşı bıçaqlayanın məhkəməsi başladıBakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı bıçaqlamaqda təqsirli bilinən Nazim Mirzəəlizadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. lent.az-ın məlumatına görə, qanlı olay 2014-cü ilin martın 3-də Xəzər rayonu ərazisində baş verib. “Atçılıq” yaşayış sahəsində Elşən Orucov və Samir Orucov qardaşları bıçaqlanıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlara vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.
Araşdırmalar zamanı qardaşların Nazim Mirzəəlizadə tərəfindən bıçaqlandığı məlum olub. Polisin keçirdiyi əməliyyat zamanı Nazim həbs edilib. O, Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilir.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə Nazim Mirzəəlizadənin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı dekabrın 29-a təyin edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler