» » Mübahisəni bıçaq kəsdi

Mübahisəni bıçaq kəsdi

Bölmə: Xəbər
Mübahisəni bıçaq kəsdiBalakən sakini həmkəndlisini bıçaqlayıb. Hadisə Balakən rayonunun Talalar kəndində qeydə alınıb. Xalqinfo.az milli.az-a istinadən xəbər verir ki, Talalar kənd sakini, 1969-cü il təvəllüdlü Əhməd Mahama oğlu Tərlanovla həmkəndlisi, 1981-ci il təvəllüdlü, Kamran Siracəddin oğlu Lətifovun arasında şəxsi münasibətlər zəmnində münaqişə yaranb.

Bu zaman 45 yaşlı Əhməd Tərlanov üzərində gəzdirdiyi bıçaqla Kəmran Lətifovu bıçaqlayıb. Bıçaq xəsarəti alan Kamran Lətifov Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin sözlərinə görə, bıçaq Kamran Lətifovun mədəsini və qaraciyərini zədələyib. Xəsarət alan şəxsin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti hazırda ağır hesab olunur.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerindən qaçan Əhməd Tərlanov isə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler