Azərbaycandan Türkiyəyə gedənlərin sayı 2 dəfədən çox artıbBölmə: Xəbər, İqtisadiyyat
2021-ci ildə Azərbaycandan Türkiyəyə gedən ölkə vətəndaşlarının sayı 2020-ci illə müqayisədə 2,2 dəfə çox olub. “Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumatda deyilir ki, ötən il Azərbaycandan xarici ölkələrə gedən ölkə vətəndaşlarının ümumi sayı əvvəlki ilə nisbətən 16,3 % azalaraq 974,5 min nəfər olub. O cümlədən İrana gedən Azərbaycan vətəndaşlarının sayı 80,6 %, Gürcüstana gedənlərin sayı 75,3 % azalıb, Türkiyəyə gedənlərin sayı 2,4 dəfə, Rusiyaya gedənlərin sayı isə 7,8 % artıb. Ölkə vətəndaşlarının 47,3 %-i Türkiyəyə, 24,3 %-i Rusiyaya, 7,8 %-i Gürcüstana, 6,8 %-i İrana, 13,8 %-i digər ölkələrə səfər edib. Gedənlərin 66,3 %-ni kişilər, 33,7 %-ni qadınlar təşkil edib. 2021-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,8 %-i hava, 28 %-i dəmir yolu və avtomobil, 3,2 %-i isə dəniz nəqliyyatından istifadə edib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|