» » Narkoman sürücülər

Narkoman sürücülər ifşa edildi

Bölmə: Xəbər
Narkoman sürücülər

BDYPİ-nin Yol Potrul Xidmətinin əməkdaşları Ağdaş, Yevlax və Göyçayda reyd keçiriblər. Reyd zamanı qaydanı pozan sürücülər tibbi müayinəyə cəlb edilərkən onlardan 6 nəfərin narkotik maddə qəbul edərək nəqliyyat vasitəsini idarə etdiyi müəyyən olunub.


"Xalqinfo" “Qafqazinfo”-ya istinadən bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polkovnik Ərəstun Məcidov APA TV-ya bildirib ki, narkotikdən istifadəni müəyyən etmək üçün yol polislərinə narkotestr verilib. Həmin cihazlar vasitəsilə sürücülər müayinə edilir. Reyd zamanı sürücülük vəsiqəsi evdə qalan sərnişin avtobusunun sürücüsü ilə yanaşı, başqa şəxsə məxsus olan avtomobili idarə edən 15 yaşlı yeniyetmə də aşkar edilib. 500-dən çox sürücü barəsində inzibati tədbir görülüb.

3 rayonda keçirilən reyd zamanı yol polisi əməkdaşlarının qanuni tələbinə qəsdən əməl etməyən və ona müqavimət göstərən 3 nəfər şəxs saxlanılıb, onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə materiallar tərtib olunaraq məhkəməyə göndərilib. Reyd zamanı 200-dən çox sürücü təhlükəsizlik kəmərindən istifadə etməməsi ilə bağlı, 5 sürücü avtoxuliqanlıq etdiyi üçün inzibati məsuliyyətə cəlb olunub. Qeyd edək ki , dekabrın ötən 11 günü ərzində ölkədə 104 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bu hadisələr zamanı 29 nəfər dünyasını dəyişib, 137 nəfər xəsarət alıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler