» » Kürəkənini öldürən qayınataya

Kürəkənini öldürən qayınataya 14 İL CƏZA

Bölmə: Xəbər
Kürəkənini öldürən qayınatayaBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kürəkənini öldürməkdə təqsirli bilinən 1969-cu il təvəllüdlü Elçin Lazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. lent.az--ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə E. Lazımov 14 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, prokuror məhkəmədən E.Lazımovun 15 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını tələb etmişdi.

Onu da qeyd edək ki, hadisə bu il aprelin 23-də Nizami rayonunda qeydə alınıb. Bakı şəhər sakini Elçin Lazımov işlədiyi kafedə kürəkəni, 1987-ci il təvəllüdlü Rəvan Əliyevi bıçaqlayaraq öldürülüb. Qətlə yetirilənin bədənində 57 kəsilmiş-deşilmiş xəsarət aşkar edilib.
Bildirilir ki, Elçin Lazımov “Azəriqaz”ın əməkdaşı olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler