» » MSK sədrindən DSK-lara xəbərdarlıq - “Vəzifəsini yerinə yetirməyən cəzasını alacaq”

MSK sədrindən DSK-lara xəbərdarlıq - “Vəzifəsini yerinə yetirməyən cəzasını alacaq”

Bölmə: Xəbər
MSK sədrindən DSK-lara xəbərdarlıq - “Vəzifəsini  yerinə yetirməyən cəzasını alacaq”




“Sabah saat 18.00-a qədər deputatlığa namizədliyini irəli sürən şəxslər qeydə alınmaq üçün müvafiq sənədləri müvaifq dairə seçki komissiyasına təqdim edə bilərlər”.



Xalqinfo.az-ın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.



M. Pənahov deyib ki, bu müddət ərzində deputatlığa namizədliyini irəli sürən şəxslər müvafiq dairə seçki komissiyalarına müraciət edə, imza vərqələri götürə və sabah saat 18.00-a qədər dairə seçki komissiyalarına təqdim edə bilər:



“Hər hansı dairə seçki komissiyasının müraciət edən şəxslərə imza vərəqi təqdim etməməsi hüququ yoxdur. Müəyyən təxribat xarakterli hərəkətlər ola bilər. Seçki komissiyaları dövlət orqanıdır və ona verilən vəzifə çərçivəsində vəzifəsini yerinə yetirməlidir. Kimsə seçki komissiyasının vəzifəsini yerinə yetirmədiyini sübut edirsə, burada probem yoxdur. Əgər seçki komissyiası yox, qarşı tərəf düz deyirsə, biz də deməliyik ki, qarşı tərəf düz deyir. Bəzən hər şeyi MSK-nın adına yazmaq meyli var. Biz xoşagəlməz halların qarşısını maksimum almağa çalışırıq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler