Laçınlılar icra başçısına görə Prezident Adminstrasiyasının qarşısına yığışdılar - FOTOLARBölmə: Xəbər
Laçın rayonundan olan bir qrup sakin Prezident Adminstrasiyası qarşısına yürüş ediblər. Unikal.org xəbər verir ki, rayon sakinləri Laçın rayon İcra Hakimiyyətinin Başçısı Aqil Nəzərlinin vətəndaşlara qarşı olan laqeyd münasibətinə öz etirazlarını bildiriblər. Onlar bir müddət öncə Bakı şəhərində yaşayan, Laçın rayonunun Şeylani kənd sakini olmuş məcburi köçkün və rayon təhsil şöbəsinin keçmiş işçisi Müqabil Baxışovun özünü asaraq öldürməsində Laçın rayon icra başçısı Aqil Nəzərlinin günahkar olduğunu bildiriblər. Rayon icra hakimiyyətinə, eləcə də Prezident Adminstrasiyasına müraciət etmələrinə baxmayaraq M. Baxışovun intihara sürükləyənlərin cəzalandırılmadığına etiraz ediblər. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|