» » Ağaclaraın qənimi

Ağaclaraın qənimi zərərsizləşdirildi

Bölmə: Xəbər, BLOK XƏBƏR
Ağaclaraın qənimi

Bakının Xətai rayonunda çoxillik ağacları qıran şəxs cəzalandırılıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ANS PRESS-ə məlumat verib. O bildirib ki, İnqlab İsmayılov küçəsi 50 ünvanında “Yaşıl guşə” adlanan ərazidə ağac kəsilməsi barədə ANS PRESS-in etdiyi müraciət öz təsdiqini tapıb.

"Məlumat daxil olan kimi əməkdaşlarımız hadisə yerinə göndərildi. Araşdırmalar zamanı həqiqətən həmin ərazidə ağac kəsilməsi öz təsdiqini tapdı. Araşdırmalar zamanı həmin ərazidə ağac kəsən fiziki şəxs Süleyman Əmirov olması müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 92.3.1. maddəsilə protokol tərtib olunub. Protokola əsasən Süleyman Əmirov 1200 manat məbləğində cərimə olunub", - deyə İradə İbrahimova bildirib.

Qeyd edək ki, ağac kəsilməsi barədə məlumatı dünən ANS PRESS-ə yerli sakinlər tərəfindən verilib.

Məsələni araşdırmaq üçün Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsilə əlaqə saxladıq. Bölmədən ANS PRESS-ə bildirdilər ki, onlara da hadisə ilə bağlı məlumat verilib. Məlumatı verən Nailə Əliyeva adlı sakindir. O, bildirib ki, ərazidə kütləvi şəkildə ağacları qırıblar.

İşi araşdıran müstəntiq Arif Hüseynov ANS PRESS-ə açıqlamasında bildirib ki, hadisə araşdırılıb. Məlum olub ki, həmin ərazidə ağaclar yox, kol-kos olub. Vətəndaş həmin ərazi üçün icra hakimiyyətindən sərəncam alıb.

“Həmin ərazidə icra hakimiyyətindən alınan sərəncama əsasən ev tikmək istəyirlər. Yəni sənədlərdə belə göstərilib. Həmin ərazi çoxdan hasara alınmışdı. İndi biz tikintini dayandırmışıq. İşi araşdırırıq”, - deyə Arif Hüseynov bildirib.

Məsələ ilə əlaqədar rayon icra hakimiyyətilə əlaqə saxladıq. İcra hakimiyyətinin tabeliyində olan 98 saylı mənzil kommunnal istismar sahəsinin rəisi Aftandil Novruzov da ANS PRESS-ə həmin ərazidə tikinti işlərinin getdiyini təsdiqlədi. Onun sözlərinə görə, həmin ərazidəki ağaclar kəsilmir, sadəcə olaraq yerləri dəyişdirilir.

“İcra Hakimiyyəti sərəncam verib. Sərəncama əsasən həmin yerdə ev tikilməlidir. Layihə də hazırlanıb. Orada bir tut ağacı var, bir də iydə ağacı. Onları köçürəcəklər. Digər ağaclar da quruyub. Bütün işlərə nəzarət olunur”, - deyə Aftandil Novruzov bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler