» » Gömrükdən 4 kiloqram narkotik keçirmək istəyən şəxs saxlanıldı

Gömrükdən 4 kiloqram narkotik keçirmək istəyən şəxs saxlanıldı

Bölmə: Xəbər
Gömrükdən 4 kiloqram narkotik keçirmək istəyən şəxs saxlanıldıBiləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub.

Komitənin mətbuat xidmətindən qafqazinfo-ya daxil olan xəbərə görə, keçirilən əməliyyat tədbirləri nəticəsində “Qoşa Təpə” Gömrük Postu-Biləsuvar avtomobil yolunun təqribən 3 km-də İran İslam Respublikası vətəndaşı Yazdanı Janyarlou Hamıd Samad həmin ərazidə avtomobildən düşərək əvvəlcədən gizlətdiyi içərisində narkotik maddələr olan 1 ədəd selofan torbanı götürmüş və uzaqlaşmaq istəyərkən gömrük əməkdaşları tərəfindən yaxalanıb. Sonra İİR vətəndaşı Yazdanı Janyarlou Hamıd Samadın götürdüyü selofan torbaya baxış keçirilmiş və üzəri yapışqanlı lentlə sarınmış üç ədəd bağlamadan ümumi çəkisi 4 kiloqram 370 qram narkotik vasitə-qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler