“DSMF-yə 5 milyard vəsait ayrılır, amma icrası müzakirə edilmir” - Vahid ƏhmədovBölmə: Xəbər
Noyabrın 18-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilib. İclasda 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunub. Bu barədə Modern.az-a danışan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, müzakirələrdən biri də Sosial Müdafiə Fondunun büdcəsilə əlaqədardır: “Biz hər il büdcəni iki dəfə müzakirə edirik. Bir büdcə qəbul edilməmişdən əvvəl, bir dəfə də icrası ilə əlaqədar. Maraqlıdır ki, hər il büdcədən Dövlət Sosial Müdafiə Fonduna 5 milyard manat vəsait ayrılır. Amma onun büdcəsinin icrası müzakirə edilmir. Mən təklif etdim ki, gələn ildən Dövlət Sosial Müdafiə Fondunun büdcəsi də müzakirə edilsin”. V.Əhmədov qeyd edib ki, ehtiyac yaranarsa, qanunda dəyişiklik də edilə bilər: “Mən təklif etdim ki, DSMF-nin büdcəsi həm qəbulda, həm də icra zamanı Milli Məclisdə müzakirəyə çıxarılsın və parlament tərəfindən təsdiqlənsin”. Qeyd edək ki, MM-in komitə iclaslarında jurnalistlər iştirak etmir. Xalqinfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|