» » Azərbaycanda yaşıllıqların götürülməsi qaydası dəyişilib

Azərbaycanda yaşıllıqların götürülməsi qaydası dəyişilib - YENİ QƏRAR

Bölmə: Xəbər
Azərbaycanda yaşıllıqların götürülməsi qaydası dəyişilib
Nazirlər Kabineti (NK) “Yaşıllıqların götürülməsi Qaydası”nda dəyişiklik edib.

"Xalqinfo" Trend-ə istinadən xəbər verir ki, qaydaların indiyədək mövcud olan variantına görə, yaşıllıqların götürülməsinə yol verilən hallardan biri şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihələrin həyata keçirilməsi idi.

NK-nın yeni qərarı ilə həmin maddə yeni variantda verilib.

Bu varianta əsasən, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə yaşıllıqların götürülməsinə yol verilir.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler