» » Bakıda xalaqızının alt paltarı fırıldağı baş tutmadı

Bakıda xalaqızının alt paltarı fırıldağı baş tutmadı

Bölmə: Xəbər
Bakıda xalaqızının alt paltarı fırıldağı baş tutmadıPenitensiar müəssisələrə telefon keçirmək cəhdlərinin qarşısı alınıb
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Mais Abbas oğlu Abbasovun yanına qısamüddətli görüşə gəlmiş atası, Bakı şəhər sakini vətəndaş Abbas Kərəm oğlu Abbasovun görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxşı zamanı onun gödəkçəsinin cibindən daxilində danışıq kartı olan 1 ədəd “Nokia 6230” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Mais Abbasov Cinayət Məcəlləsinin 178.2.1; 178.2.2 və 178.2.4 maddələrinə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti axtarış-baxış tədbiri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Oqtay Qabil oğlu Zəkiyevin yanına qısamüddətli görüşə gəlmiş xalası qızı, Gəncə şəhər sakini vətəndaş Şöhlə Saleh qızı Həsənlinin üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun alt paltarının içərisindən daxilində danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Oqtay Zəkiyev Cinayət Məcəlləsinin 120.2.1; 120.2.4 və 120.2.5 maddələrinə əsasən həbs edilib.

Hər iki fakt üzrə araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler