» » Nazirlikdən restoranlara növbəti

Nazirlikdən restoranlara növbəti - XƏBƏRDARLIQ

Bölmə: Xəbər
Nazirlikdən restoranlara növbəti
Bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yayılması ilə bağlı Nazirliyə yenə də şikayətlər daxil olduğundan ictimai-iaşə obyektlərində təkrar monitorinqlər aparılıb. Məlum olub ki, əksər obyektlərdə təmizləyici qurğular quraşdırılsa da, təəssüf ki, onlara vaxtında texniki xidmət göstərilmədiyindən, filtrlər vaxtaşırı təmizlənmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır.

"Xalqinfo" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. Onun sözlərinə görə, bu da sakinlərin haqlı narazılığına səbəb olur.

“Filtrlərin təmizlənməsi nə çətin işdir, niyə bunu vaxtında etmirlər? Artıq Məhərrəm ayının son günləridir, toyların başlamasını nəzərə alaraq ictimai-iaşə obyektlərinin sahiblərinə müraciət edirik ki, filtrləri vaxtında dəyişsinlər və havaya atılmaların qarşısını alsınlar. Əks halda onlar barəsində inzibati qaydada tədbirlər görüləcək".

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler