» » Trampın istədiyi oldu - Ali Məhkəmədən qərar

Trampın istədiyi oldu - Ali Məhkəmədən qərar

Bölmə: Xəbər
Trampın istədiyi oldu - Ali Məhkəmədən qərar




ABŞ Ali Məhkəməsi prezident Donald Trampın Meksika sərhəddində inşa etmək istədiyi divar üçün Müdafiə Nazirliyinin (Pentaqon) büdcəsindən 2,5 milyard dolların ayrılması qərarını təsdiqləyib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ali Məhkəmə bununla da büdcə vəsaitinin sərhəd divarı üçün xərclənməsini qeyri-qanuni hesab edən Kaliforniya ştatının federal məhkəməsinin qərarını ləğv edib.

Qeyd edək ki, qeyri-leqal miqrantların keçməsinin qarşısını almaq üçün Meksika ilə sərhəddə divarın tikilməsi Trampın seçkiöncəsi vədlərindən biri idi. Lakin demokratlar indiyə kimi buna maneə olurdu

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler