Deputatlar Orduya pul köçürdülərBölmə: Xəbər
"Azərbaycan vətəndaşları orduya imkanları daxilində dəstək göstərirlər. Yeni Azərbaycan Partiyası yeni bir təşəbbüs irəli sürdü və bu məsələni bir daha gündəmə gətirdi. YAP-da bunu geniş şəkildə dəstəklədilər və Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələr etdilər. Bu təşəbbüsə deputatlar da qoşulublar". Xalqinfo.az xəbər verir ki, bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, digər şəxslərin də bu təşəbbüsə qoşulması müsbət haldır: "Ordu həssas bir mövzudur. Azərbaycanın hər bir vətəndaşı daim orduya həm mənəvi, həm də maddi dəstək göstərməyə hazırdır. Azərbaycanın qüdrətli ordusu var. Ordumuzun dünyanın ən güclü 52 ordusu içərisində yer tutur. 2016-cı ilin aprel döyüşləri də ordumuzun qüdrətini bir daha sübut etdi. Ordumuzun büdcə vəsaitləri bəlkə də Ermənistanın dövlət büdcəsinə bərabərdir. Azərbaycan xalqının ordumuza göstərdiyi maddi və mənəvi dəstək ordumuzun güclənməsinə xidmət edir”. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|