» » Fuad Abbasovun Moskvadakı evində axtarış aparıldı

Fuad Abbasovun Moskvadakı evində axtarış aparıldı

Bölmə: Xəbər
Fuad Abbasovun Moskvadakı evində axtarış aparıldı





Azərbaycanlı jurnalist Fuad Abbasovun Moskva şəhərindəki evində Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılıb.

Xalqinfo.az "Report"a istinadən xəbər verir ki, Fuad Abbasovun sosial şəbəkədəki səhifəsində "jurnalistin ailə üzvləri təhlükədədir" məlumatı yayılıb.

"Jurnalist Fuad Abbasovun Moskvadakı evinə müdaxilə etdilər! Həyat yoldaşı və uşaqları təhlükədədir!", - deyə məlumatda bildirilib. Mənzilin ünvanı kimi Ximki şəhəri, Molodyojnaya küçəsi ev 50, 6-cı giriş göstərilib.

F.Abbasovun Hüquqlarının Müdafiə Komitəsinin sədri Məhəmməd Rəfiyev hadisə yerinə gedib.

Jurnalistin yaxınlarının verdiyi məlumata görə, evdə aparılan axtarış tədbirləri zamanı kompyuter və digər texniki avadanlıqlar götürülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler