» » Ramin Quluzadənin görüş vaxtı dəyişdi

Ramin Quluzadənin görüş vaxtı dəyişdi

Bölmə: Xəbər
Ramin Quluzadənin görüş vaxtı dəyişdi





Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin martın 15-də, saat 12:00-da Şabran şəhərində nəzərdə tutulmuş görüşünün vaxtı martın 29-na dəyişdirilib.

Bu barədə Xalqinfo.az -a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

Məlumata görə, nazir Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşları, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları nəqliyyat vasitələri ilə təmin edəcək. Bunun üçün Şabran rayonunda (023) 353-20-04, Quba rayonunda (023) 335-50-50, Qusar rayonunda (023) 385-31-57, Xaçmaz rayonunda (023) 325-22-18, Siyəzən rayonunda isə (023) 304-01-20 nömrəli telefonlara zəng etmək lazımdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler