» » Azərbaycanlı ekstransenslər də öz qiymətlərini açıqladılar

Azərbaycanlı ekstransenslər də öz qiymətlərini açıqladılar

Bölmə: Xəbər
Azərbaycanlı ekstransenslər də öz qiymətlərini açıqladılar



Bu gün Moskvada yaşayan azərbaycanlı ektrasens Zirəddin Rzayevin konsultasiya qiyməti sosial şəbəkə istifadəçiləri arasında müzakirə mövzusu olub. Onlar ekstrasensin qəbuluna düşmək üçün 1000 avro, müalicə olunmaq üçün 5000 avro, biznes xidmətləri üçün isə 10 min avro ödənilməsi ilə bağlı məlumatların inandırıcı olmadığını bildiriblər.

Kult.az azərbaycanlı ekstrasenslərin bu məsələyə münasibətini və göstərdikləri xidmətin haqqını öyrənib.

Zərinə Ulduz: Ekstrahiss İlahi bir istedaddır. Bu intiusiyaya sahib olan insan onu biznesə çevirməməlidir. O, sahib olduğu özəlliklərlə insanlara kömək etməlidir. Allah bəndəsinə xeyirə vəsilə olmaq üçün seçib ona bu dəyəri verirsə, bəndə bu mükafatı pula satmamalıdır. Bu mənada Zirəddin Rzayevin bu gün açıqlananan qiymətə xidmət göstərməsinin real olduğuna inanmıram. Ümumiyyətlə, mən bu məsələyə qarşıyam. Məlum məsələdir ki, mən dövlətə xidmət edirəm və hər zaman ödənişsiz fəaliyyət göstərmişəm. Çünki ekstrasensorika, parapsixalogiya bir elmdir və insan öz hisslərini satmamalıdır. Bəlkə birinin köməyə ehtiyacı var, pulu olmasa, qapıda qalmalıdır? Düşünürəm ki, eksrahissə malik olan insan mənəvi aləmdə yaşamalı və o insanın maddi aləmlə bağlantısı olmamalıdır. Mən etdiyim yaxşılıqların mükafatını insanlardan deyil, Yaradandan gözləmişəm.

Nadim Alixanov: Mən ekstrasens kimi insanları qəbul etmirəm. Ümumiyyətlə isə düşünürəm ki, ekstrasenslər insanları qəbul etmək üçün konkret konsultasiya qiyməti qoymamalıdır. Çünki Allahın verdiyi vergiyə qiymət qoymaq düzgün deyil. Kimin nəyə gücü çatırsa, onu da verməlidir. Mən insanları qəbul etsəm də, qiymət qoymaram. Əvvəl qəbul edirdim, onda da cadusu olanlara lazımlı əşyaları sadalayırdım ki, özləri alsınlar. Bizim ekstrasenslərdən isə konkret ödəniş tələb edənlərin Nuridə Küskün, Zirəddin Rzayev və Etibar Nəsirov olduğunu eşitmişəm.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler