» » "Ev almaq adı ilə müştəri kimi gəldilər və..." - Bakıda basqın

"Ev almaq adı ilə müştəri kimi gəldilər və..." - Bakıda basqın

Bölmə: Xəbər, Kriminal, MANŞET
"Ev almaq adı ilə müştəri kimi gəldilər və..." - Bakıda basqın
Bakıda qadının evinə basqın edilib.

Xalqinfo.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, R.Teymurov küçəsi, ev 30, mənzil 40-da baş verib.

Həmin ünvanda yaşayan Mobilova Reyhan Nemətulla qızı evini satmaq üçün alqı-satqı ofisinə müraciət edib.

Yanvarın 6-da mənzilə gələn 3 nəfər naməlum şəxs özünü müştəri kimi təqdim edərək evə daxil olublar.

Daha sonra həmin şəxslər qadının əlini, ayağını və ağzını yapışqan kağızla bağlayaraq ondan pul tələb ediblər.

Həmin şəxslər qadının evdə olan 600 manatını və 180 manat dəyərində mobil telefonunu alaraq hadisə yerindən qaçıblar.

Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2-ci (quldurluq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler